Ermənistanla sülh sazişinin imzalanmasına hələ də maneələr var - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh prosesinin hazırkı vəziyyətinə münasibət bildirib.
Adalet.az xəbər verir ki, dövlət başçısı bu fikirləri noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.
Prezident qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında normallaşma prosesi gedir və bu prosesin konkret nəticələrə gətirib çıxaracağına ümid edir.
İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi artıq bir ildən çoxdur paraflanıb, lakin sənəd hələ də imzalanmayıb.
“Artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, amma hələ son imza atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, bu barədə Türkiyə və Azərbaycan ictimaiyyəti yaxşı bilir”, – Prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət dəyişib və Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır.
İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını da diqqətə çatdırıb.
Digər Xəbərlər
08 Noyabr 2026 19:50
İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən - Görüntülər
08 Noyabr 2026 19:46
Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
08 Noyabr 2026 18:51
Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
08 Noyabr 2026 17:48


Bakı -°C

