Ersin Tatar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Adalet.az xəbər verir ki, Şimali Kipr Prezidenti 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımından 32 il keçməsinə baxmayaraq, bu hadisənin heç vaxt unudulmayacağını və türklərin birlikdə olduğunu dünyaya göstərmək üçün birgə səylər göstərildiyini qeyd edib.
Prezident E.Tatar, eyni zamanda, diqqətə çatdırıb ki, insanlıq və dünya tarixinə qara ləkə kimi düşən Xocalı qətliamında qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 613 azərbaycanlı erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülüb, yüzlərlə insan itkin düşüb və minlərlə sakin əsir götürülüb.
Bununla yanaşı, Xocalı soyqırımında şəhid olan insanları hörmətlə andığını diqqətə çatdıran Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar haqsızlıqların Türk dünyasının və Türkiyənin də dəstəyi ilə dünyaya çatdırılacağını bildirib.
Digər Xəbərlər
22 Mart 2026 11:16
“İranın hakimiyyət sistemi ABŞ və İsrail tərəfindən ələ keçirilib”
22 Mart 2026 10:51
“Ermənilər düzgün seçim etməli, revanşistlərə qətiyyətlə yox deməlidir...”
22 Mart 2026 10:32
“Müharibənin davamı bölgədə yeni qaçqın axınına səbəb olacaq”
21 Mart 2026 10:29
“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”
20 Mart 2026 13:26
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə etdi
20 Mart 2026 12:20
İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09


Bakı -°C

