Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxıldı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, bu gün Naxçıvan Ali Məhkəməsi bununla bağlı qərar verib. Qərara əsasən, Samir Həziyev və Aydın Quliyevin cəzası şərti hesab olunub və onlar azadlığa buraxılıblar.
Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsin hökmünə əsasən, Samir Həziyev 4, Aydın Quliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Aydın Quliyev məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.
Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.
Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.
Digər Xəbərlər

1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib

Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmədə bəzi zərərçəkənlərlə barışıq əldə olunub

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi

Məhkəmə Qabil Məmmədovla bağlı qərar verdi

"Mənə dedi ki, masanın üstündəki qələmi götürərsən" - Fransaya casusluqla bağlı yeni faktlar

Azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur

Baş Prokurorluqdan bu şirkətlərlə bağlı MÜRACİƏT
