adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 May 2023 14:39
1001
ŞOU-BİZNES

“Evdəkilər deməyəcək ki, ay arvad, bu yaşda sənə ərə getmək lazımdır?”

“Efirlərimizdəki biabırçılığı mən də, aparıcı Kamran Həsənli də öz kanalında deyir. Babalar-nənələr haçan ərə gedib axı, bunu hardan çıxarıblar. Bizim baba-nənələrimiz örnək olublar”

Bunu Adalet.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev bu cür biabırçı mövzuların efirlərimizdə yayımlanmasının yolverilməz olduğunu bildirib:

“Tarixdə belə şeylər görməmişik. Aparıcılar, televiziya işçiləri bunu hardan çıxardılar. Qalmaqal yaratmaqla məşğuldurlar. Yaşlı kişinin efirə çıxıb evlənməkdən danışmağa haqqı yoxdur. Arvadı ölüb Allah rəhmət eləsin, gedib nəvələriylə oynasın. Nənələrin ərə getməyinin mənası nədir. Evdəkilər deməyəcək ki, ay arvad, bu yaşda sənə ərə getmək lazımdır? Bu nədir? Bizdə namus, qeyrət harda qaldı? Bunu kimin ayağına yazaq. Efir üçün başqa mövzu yoxdur?  Cavan oğlanı, qızı işə götürürlər, evləndirirlər, bunu başa düşürük”. 

Vasif Əlihüseyn