Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı
Paytaxtın Qaradağ rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saat 04 radələrində Müşfiqabad qəsəbəsində yerləşən evlərin birindən 800 manat dəyərində elektrik naqilini talayıblar.
Adalet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 26 yaşlı A.Səfərov və 35 yaşlı T.Kərimov saxlanılıblar.
Binəqədi rayonunda isə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların evlərinin qarşısındakı saxlanc yerindən ümumi dəyəri 990 manat olan 3 ədəd velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklə bağlı əməllərinə görə məhkum olunmuş 47 yaşlı Ə.Qurbanov da tutulub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28
Tərtərdə narkotik satan şəxs həbs edildi
10 Dekabr 2025 09:31
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi
09 Dekabr 2025 16:00


Bakı -°C

