14 Fevral 2025 14:39
348
DÜNYA

Əvvəl üzdəniraq bayraq, indi də "artsax" xəritələri yığışdırılır: Ermənilər şokda

Ermənistan xəritəsinə yapışıq olan qondarma artsax xəritələrini yığışdıran  hakimiyyət sülhə doğru bir addım atıb. 

Adalet.az
xəbər verir ki, Ermənistanda Uşaq İnkişaf Mərkəzinin direktoru Anuş Atacanyan Facebook səhifəsində Ermənistanın baş naziri N. Paşinyanı hədəf alıb. O, yazıb:“Yaxşı ki, rəhbərlik türkdür, bunu artıq demək olar ki, hamı başa düşüb. Bəs maraqlarını qoruyanlar necə...?

Bu gün mənə XAXALOVE- dan (XAXALOVE erməni brendi 1 yaşdan 100 yaşa qədər uşaqlar üçün oyunlar yaradır.) zəng vurdular ki, dekabr ayında siz bizdən Ermənistanın, o cümlədən Artsaxın tapmacalı xəritələrinin yer aldığı çoxlu miqdarda oyuncaq sifariş etdiyinizi xatırlayırsınızmı?Bizdə Qarabağ xəritəsi yoxdur. Sizdə hələ də o xəritələr varsa , onları yeni oyun kimi buraxa bilərik.
Mən soruşuram:

- Deməli, Qarabağ aid xəritələri yığışdırmısınız?

- Bizə belə tapşırıblar.

Mən əsəbiləşdim və dedim:

— Bilirsən, mən özüm də Qarabağdanam, mənə zəng edib belə bir şey deyirsən? Onlar tələb edəcəklər ki, növbəti xəritə Zəngəzursuz, İrəvansız buraxılsın, bunu edəcəksiniz? Sizin onların tələbindən  imtina etməyə cəsarətiniz yoxdur? Özünüzdə etiraz etməyə, əmrləri yerinə yetirməməyə cürət yoxdursa, türkü (Paşinyanı nəzərədə tutur) nədə ittiham edirsən?

Əsəbləşərək telefonu qapatdım.

Yenidən zəng edib özünə haqq qazandırmağa çalışdılar: Çalışdıq, bu qədər saxladıq, amma imkan vermirlər... - dedilər.

Dedim ki, heç birini qaytarmayacağam və bir daha sizə sifariş verməyəcəyəm."

P.S. Qarabağın xəritəsini və  30-a yaxın xəritəni yeni ildə  alıb uşaqlara Milad hədiyyəsi vermişdim.

İndi isə  Qarabağa aid  həmin braşurları - iki ay əvvəl satdıqlarını geri almaq istəyirlər! Yəni etiketə görə qorxurlar və yuxarılar bunun qəti əleyhinədir. icazə vermirlər...

Nəzərinizə çatdırım ki, bu təşkilat erməni uşaqları üçün inkişaf etdirici və öyrədici oyunlar istehsal edir. Yəni öz milli dəyərlərimizi inkar edən, onlara öyrədən türk yox, erməni prodüserdir! İndi mən yox, sənsən... belə bir təşkilata, belə anti-erməni yanaşmaya nə deyirsən? Əminəm ki, aşağıdakı xəritədə təsvir olunan Ararat da yeni “oyun”da olmayacaq.

Sonra da deyəcəklər ki, “sona qədər döyüşmədin...”

 Qeyd edək ki, bir neçə gün  Ermənistanın Eçmiədzin şəhərinin Komitas meydanından Qarabağda ləğv edilmiş separatçı "artsax" rejiminin bayrağı götürülüb. Hadisə gecə saatlarında baş vermişdi. Metal bayraq dirəyi kəsilmiş, bayrağın özü isə götürülmüşdü. Şəhər sakinləri bunun ilk olmadığını, daha əvvəl də sözügedən bayraqların yığışdırıldığını bildirmişdilər.

 Əntiqə Rəşid