Əziz Orucov azadlığa çıxdı - FOTO
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa çıxıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, Əziz Orucovun cəza müddəti bu gün bitib və o, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb.
Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Əziz Orucov 2 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.
Ə.Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
İstintaq dövründə 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.
Digər Xəbərlər
27 Noyabr 2025 11:17
Ombudsman BMT-də mina problemindən danışıb - FOTO
27 Noyabr 2025 11:06
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
27 Noyabr 2025 10:55
Pensiyalara ayrılan vəsaitlərdə artım gələn il davam edəcək - RƏSMİ
27 Noyabr 2025 09:22
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
26 Noyabr 2025 20:00
Yanğında zərərçəkən ana və qızının müalicə xərclərini "Nargis" Fondu üzərinə götürdü
26 Noyabr 2025 19:50
Hərəkət sxemini və qrafiki pozan bu avtobuslara xəbərdarlıq ediləcək
26 Noyabr 2025 19:32
Bakıda SSRİ bayrağı qaldıranlar HƏBS EDİLDİLƏR - YENİLƏNİB
26 Noyabr 2025 17:47


Bakı -°C

