Ombudsman BMT-də mina problemindən danışıb - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Biznes və İnsan Hüquqları Forumunda iştirak edib.
Bu barədə Adalet.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, müvəkkil forum zamanı müzakirələrdə ölkədə biznesin inkişafı və sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, biznes və insan hüquqları sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Ombudsman işğaldan azad edilmiş ərazilərdə mina probleminin davam etdiyini, bu məsələnin bölgənin inkişafına, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsinə ciddi maneə yaratdığını bildirib.
Səbinə Əliyeva həmin ərazilərdə Ombudsman təsisatı tərəfindən müntəzəm olaraq monitorinqlərin aparıldığını və monitorinqlərin nəticələri barədə müvafiq beynəlxalq təşkilatlara məlumatların təqdim edildiyini diqqətə çatdırıb.
Ombudsman, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə məsuliyyətli biznes fəaliyyətinin, sosial-iqtisadi həyatın bərpası məqsədilə torpaqlarımızın minalardan təmizlənməsində dəstək göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Forum çərçivəsində Ombudsman Səbinə Əliyeva BMT-nin Biznes və insan hüquqları üzrə İşçi Qrupunun sədri Pichamon Yeophantong ilə görüşüb. Görüş zamanı Səbinə Əliyeva Ombudsman təsisatı tərəfindən Azərbaycanda biznes və insan hüquqları sahəsində hazırlanmış milli qiymətləndirmə sənədi barədə məlumat verib, həmçinin gələcək əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
27 Noyabr 2025 12:52
Səhiyyə naziri I Beynəlxalq elmi-praktik konfransda çıxış edib - FOTOLAR
27 Noyabr 2025 11:06
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
27 Noyabr 2025 10:55
Pensiyalara ayrılan vəsaitlərdə artım gələn il davam edəcək - RƏSMİ
27 Noyabr 2025 10:12
Əziz Orucov azadlığa çıxdı - FOTO
27 Noyabr 2025 09:22
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
26 Noyabr 2025 20:00
Yanğında zərərçəkən ana və qızının müalicə xərclərini "Nargis" Fondu üzərinə götürdü
26 Noyabr 2025 19:50
Hərəkət sxemini və qrafiki pozan bu avtobuslara xəbərdarlıq ediləcək
26 Noyabr 2025 19:32


Bakı -°C

