Bişkek sammitində Azərbaycan üçün ən vacib məsələlər hansılardır?
“Çinin Mərkəzi Asiya strategiyası və Azərbaycanın qlobal planları necə uzlaşacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Dövlət Başçıları Şurasının sammiti Qırğızıstanın paytaxtı Bişkek şəhərində bu gün başlayır və sabah başa çatacaq. Qurumun 25 illik yubileyinə təsadüf edən bu Zirvə görüşü Qırğızıstan Prezidenti Sadır Japarovun ev sahibliyi və sədrliyi ilə baş tutur. Sammit "ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə" şüarı altında təşkil olunub”.
Adalet.az xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
O, bildirib ki, ƏT-in 10 üzvü var, Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan təsisçi üzvlərdir:
“2017-ci ildə Hindistan və Pakistan təşkilata üzv olub. 2023-cü ildə İran, 2024-cü ildə Belarus təşkilata qoşulub. Azərbaycan və Türkiyə, həmçinin Cənubi Qafqazın digər iki ölkəsi-Ermənistan, Gürcüstan ŞƏT-in dialoq tərəfdaşıdılar. Dörd ölkənin liderlər də Bişkek sammitində iştirak edir. ŞƏT sammitləri və təşkilatın fəaliyyəti Azərbacanın nəqliyyat-logistika, enerji, rəqəmsal bağlantılar, regional təhlükəsizlik məsələləri baxımından rəsmi Bakı üçün strateji vacib əhəmiyyətə malikdir. Azərbaycanla quru və dəniz sərhədi olan bütün ölkələr ŞƏT və ŞƏT+ müzakirələrində iştirak edirlər. ŞƏT-in gündəliyində ölkəmiz üçün əhəmiyyət kəsəb edən məsələlər var, bunlardan ən başlıcası Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun çəkilməsidir. 2024-cü ilin iyununda Pekində layihənin rəsmi sazişi imzalanıb. Tikinti işlərinə isə 2024-cü ilin dekabrında Qırğızıstanın Cəlalabad şəhərində start verilib. Layihənin ümumi dəyəri təxminən 4,7 milyard dollar qiymətləndirilir”.
Politoloqun sözlərinə görə, 2025-ci ilin dekabrında imzalanan müqaviləyə əsasən, bu məbləğin yarısı ($2,3 milyard) Çin bankları (Çin İnkişaf Bankı və Eksimbank) tərəfindən verilən kreditlər hesabına təmin olunub:
“Dəmir yolunun ən çətin və dağlıq relyefə malik olan Qırğızıstan hissəsində əsas işlər sürətlə davam edir. Dəmir yolunun tam istifadəyə verilməsi 2030-cu ilə hədəflənib. Bununla belə, Özbəkistan tərəfi tikintinin planlaşdırılandan 1-2 il daha tez başa çatdırıla biləcəyini ehtimal edir. Layihə tam başa çatdıqda, Çindən Avropaya və Yaxın Şərqə gedən yük daşımaları təxminən 900 kilometr qısalacaq və vaxta 7-8 gün qənaət ediləcək. Bu xətt həm də Azərbaycanın fəal iştirak etdiyi Orta Dəhlizə inteqrasiya olunacaq. Bu Azərbaycan üçün prioritet olan Orta Dəhlizin sərmayə cəlbediciliyini artıracaq. Çinin artan marağı isə Orta Dəhlizin inkişafı üçün əsas impulsdur. 30 ildir müzakirə edilən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun çəkilməsinin nəhayət sürətlə çəkilməsi Pekinin Mərkəzi Asiyada geniş nəqliyyat şəbəkəsinin yaradılması strategiyasına sadiq qaldığını və bu istiqamətdə fəal işləyəcəyinin əsas siqnalı oldu. Bu dəmir yolu xətti Azərbaycanın regional logistika qovşağına çevrilməsi strategiyasını birbaşa dəstəkləyir və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Hazırda Çindən Orta Dəhlizə gələn yüklər əsasən Qazaxıstan (Dostık-Altınkol tərəfdən) vasitəsilə Aktau-Kurık limanlarına, oradan isə Bakıya gəlirdi. Çin-Qırğızıstan-Özbəkistan xətti Çinin cənub və mərkəzi sənaye bölgələrindən gələn yüklər üçün daha qısa, ikinci bir qapı açır. Bu yüklər Özbəkistan və Türkmənistan (Türkmənbaşı limanı) vasitəsilə birbaşa Bakı Beynəlxalq Dəniz Ticarət Limanına (Ələt) daxil olacaq”.
Z.İbrahimli deyib ki, Azərbaycan üçün Çinin “Bi kəmər, bir yol” straetegiyasının necə inkişaf edəcəyi də strateji əhəmiyyətə malikdir:
“Görünən budur ki, Çin daha çox “çoxqütblü Mərkəzi Asiya” formatının təşəkkül tapmasına çalışır. Bu o deməkdir ki, Pekin Mərkəzi Asiya regionunun konkret dövlət və ölkələr qrupunun yeganə təsir zonası kimi olmasına qarşı çıxır. Çinin regionda möhkəm mövqeləri var və açıq rəqabət üçün tam hazırdır. Pekin öz mövqelərini gücləndirmək və eyni zamanda regionun loyal, mehriban qonşuluq münasibətlərinə sadiq qalmasına çalışır. Xüsusən Aİ və ABŞ-ın regionda möhkəmlənmək üçün həmlələri Çin tərəfindən təmkinlər qarşılanır, çünki Pekin güclü təsir imkanları və bölüşə biləcəyi resurslara malikdir. Mərkəzi Asiya regionunda maraqların tarazlaşdırılması Pekin üçün çox vacibdir. Bu ilk növbədə Rusiya üçün starteji məhdudiyyətlər yaradır, Qərb ölkələrinin regionda fəallığı isə region ölkələri üçün nisbətən rahatlıq yaradır, Çin üçün öz mövqeləini qorumaq şərti ilə bu hələ ki, məqbul variant kimi görünür. Çin hökumətinin məlumatlarına görə, Çin və Orta Asiya arasında mal ticarəti ötən il rekord həddə - 106 milyard dollara çatıb və bununla da Pekin ilk dəfə olaraq beş ölkənin birlikdə ən böyük ticarət tərəfdaşı olub. Çində anlayırlar ki, Mərkəzi Asiyada sərt geosiyasi savaş heç bir tərəfə divident gətirməyəcək. Çinin bu yanaşması rəsmi Bakı üçün çox mühümdür. Bu ölkəmizn Avrasiyanın məqliyyat-logistika və enrji transizi, rəqəmsal bağlantı qovşağı olmaq strateagiyasına tam cavab verir. Çinin bu yanaşması Mərkəzi Asiya ölkələri üçün yaxşı fürsətlər açır və bölgə əməkdaşlıq, maraqları tarazlaşdırmaqla inkişaf üçün yeni impulsalr əldə edir. Çin ekspertləri qeyd edirlər ki, Mərkəzi Asiyanın məhdud əhali sayı və iqtisadi ölçüsü, eləcə də mineral və enerji ehtiyatları ilə bağlı "şişirdilmiş iddialar" o deməkdir ki, region Çinin ümumi xarici ticarətində nisbətən az paya malikdir. Regionun əsl strateji dəyəri onun coğrafi mövqeyindən qaynaqlanır - o, Çinin qərb sərhədi olan Sincanda yerləşir və Çin, Rusiya, Yaxın Şərq, Cənubi Asiya və Avropa arasında mühüm körpü rolunu oynayır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
31 Avqust 2026 17:13
İlham Əliyevin Bişkekdə Tokayevlə görüşü başa çatdı - YENİLƏNİB
31 Avqust 2026 17:11
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
31 Avqust 2026 16:54
Sahibə Qafarova Serbiyaya getdi - FOTO
31 Avqust 2026 16:17
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
31 Avqust 2026 16:13
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
31 Avqust 2026 15:47
Liderlər TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə etdi
31 Avqust 2026 15:44
Çinin Baş prokuroru Milli Məclisdə olub
31 Avqust 2026 15:37


Bakı -°C

