Fahrettin Altun: Bu, rabitə və media sahəsində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir
"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəzarəti ilə imzaladığımız “Türkiyə ilə Azərbaycan arasında Media sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və Birgə Media Platformasını yaratdıq. Bu, rabitə və media sahəsində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir".
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili ilə bağlı keçirilən dəyirmi masada Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun deyib.
Qardaş ölkəmiz Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirən bu anlaşma memorandumu ilə 4 məhsuldar ili başa vurduq deyən Fahrettin Altun bildirib ki, bu müddət ərzində həm Türk Dövlətləri Təşkilatının, həm İslam Əməkdaşlıq Təşkilatının hüdudlarında, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşüb və əməkdaşlıq daha da gücləndirməyə çalışılıb:
"2021-ci ildə Birgə Media Platformamızın ilk iclasını keçirməklə qərara gəldik ki, “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlmiləlləşdirmə” komitələri yaradılsın. Bu çərçivədə komitələrin qurulması üçün inventar və layihə işlərimiz tamamlanıb. Qısa müddətdə bu komitələri yaratmaqla ölkələrimizin qarşılıqlı tanıtımı üçün layihələrimizi həyata keçirəcəyik".
F.Altun nəzərə çatdırıb ki, davam edən prosesdə institusionallaşmış birgə ictimai diplomatiya mexanizmi şin keyfiyyətini artıracaq. Xüsusilə dezinformasiyaya qarşı mübarizədə əlimizi gücləndirəcək.
"Dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə Bakı Rabitə Məsləhətçiliyimiz, TRT və Anadolu Agentliyinin birgə səyləri ilə dost və qardaş Azərbaycanla media görüşləri, xəbərlərin paylaşılması, dezinformasiyaya qarşı birgə mübarizə və maarifləndirmə sahələrində əməkdaşlığımız fasiləsiz olaraq davam edir.
Dəyərli dostlarımızın töhfələri ilə 4 mart 2025-ci il tarixində Bakıda təşkil edəcəyimiz “Daha ədalətli dünya mümkündür” adlı panel və dəyirmi masa toplantısı ilə dünyaya güclü mesaj verəcəyik",- deyə vurğuıayıb.
Digər Xəbərlər
13 Mart 2026 19:25
Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB
13 Mart 2026 18:56
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13 Mart 2026 17:24
Deputatlarımız Latviya Seyminin sədri ilə görüşüb - FOTO
13 Mart 2026 17:23
“Bu, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir”
13 Mart 2026 16:45
"Deputatların qaldırdığı məsələlər diqqətdə saxlanılacaq" - Baş nazir
13 Mart 2026 16:21
Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verir - Deputat
13 Mart 2026 16:10
Yaxın Şərq "qırmızı xətt"i keçdi - Səxavət Məmməd yazır
13 Mart 2026 14:05


Bakı -°C

