adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Fevral 2021 16:16
75292
ŞOU-BİZNES

Faiq Ağayevdən çağırış: “Peyvənd olunub, salamat yaşayın”

Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq.

Bu dəfəsində hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir.

Yaxın günlərdə "Sinovac"la peyvəndləndmək üçün mütləq həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam.

Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qədrinə qalın, lütfən.

Peyvənd olunub, salamat yaşayın, əzizlərim!