“Fantaziya” hamamı sökülür? - RƏSMİ CAVAB
Bakının Dilarə Əliyeva küçəsində yerləşən, 1896-cı ilə aid tarixi “Fantaziya” hamamının söküləcəyi ilə bağlı iddialar yayılıb.
Adalet.az xəbər verir ki, bu iddialar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hamamın sökülməsi ilə bağlı yayılan iddialar doğru deyil: “Həmin hamam tarixi abidədir, hazırda xüsusi mülkiyyətdədir. Tarixi tikilinin bərpa və konservasiyaya ehtiyacı var. Amma onun sökülməsindən söhbət gedə bilməz. Qorunmasına Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarət həyata keçirilir”.
Qeyd edək ki, “Fantaziya” hamamı 1896-cı ildə inşa olunub və Bakının ilk Avropa tipli hamamlarından biri hesab edilir. Bina eyni zamanda şəhərdə elektrik xətti çəkilən ilk kommersiya obyektlərindən olub. 13 yanvar 1897-ci ildə istifadəyə verilən hamam 2010-cu ilə qədər fəaliyyət göstərib. Həmin ildən etibarən isə dövlət tərəfindən yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qorunur. 2012-ci ildən sonra obyekt istifadəsiz qalıb. Həmin il burada “Qorxma, mən səninləyəm! 1919” filminin bir səhnəsi də çəkilib.
2022-ci ildə isə mülkiyyətçi tərəfindən binanın sökülərək yerində yeni tikinti aparılması məqsədilə ərazi hasarlanıb. Lakin ictimaiyyətin və Azərbaycan Memarlar İttifaqının müdaxiləsi nəticəsində söküntünün qarşısı alınıb, hasarlar sökülüb və müvafiq tədbirlər görülüb.
Digər Xəbərlər
25 May 2026 19:37
Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ
22 May 2026 09:26
Saida Haqverdiyeva Türkiyədə beynəlxalq mükafatına layiq görülüb
22 May 2026 09:07
Prezidentin qızı və gəlini perulu rəssamın sərgisində - FOTOLAR
21 May 2026 11:18
Günay Əfəndiyeva: “Şəhər - tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir”
20 May 2026 11:08
Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır
15 May 2026 22:45
Arzu Əliyeva: "Hər dəfə izləyəndə gözlərim yaşla dolur" - VİDEO
15 May 2026 12:47
Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
15 May 2026 12:08


Bakı -°C

