Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm - Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilinin E-1 bölgəsində məskunlaşanlar üçün minlərlə mənzil tikmək planlarını təsdiqləyib.
Adalet.az xəbər verir ki, o bu haqda Yerusəlimdən bir neçə kilometr aralıda yerləşən Maale Adumim şəhərində keçirilən mərasimdə danışıb.
Eyni zamanda o, İsrailin bu torpağı özününkü hesab etdiyini və ayrıca Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini açıqlayıb.
"Maale Adumimdə biz öz vizyonumuzu həyata keçiririk. Ona görə də bu gün çox mühüm gündür. Maale Adumim şəhəri iki dəfə böyüyəcək. Beş il ərzində burada 70 min insan yaşayacaq. Bu, böyük dəyişiklikdir", - deyə o bildirib.
Digər Xəbərlər
13 Iyul 2026 12:32
Türkiyədə FETÖ üzvlərinə qarşı əməliyyat keçirilir - 968 nəfər...
13 Iyul 2026 11:14
İstirahərinizi Türkiyənin dəniz sahillərində olan bu kurortlarda keçirin - FOTOLAR
13 Iyul 2026 09:59
Ərdoğan Qərb liderləri ilə danışıqlar aparır
12 Iyul 2026 19:00


Bakı -°C

