Fəridə Əzizovaya vəzifə verildi
Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.
Artıq 52 yaşlı mütəxəssisin yerinə yeni təyinat da olub. Yığmaya rəhbərlik Azərbaycanın veteran taekvondoçusu Fəridə Əzizovaya tapşırılıb.
Qeyd edək ki, F.Əzizova İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır.
Digər Xəbərlər
31 Oktyabr 2024 18:26
Əməliyyat olunan futbolçu meydanlara çıxa bilməyəcək
31 Oktyabr 2024 18:10“Real Madrid”in oyunu təxirə salındı
31 Oktyabr 2024 17:11“Neftçi” “Araz-Naxçıvan”la oyuna itkilərlə çıxacaq
31 Oktyabr 2024 16:31Azərbaycan Kubokunda 1/8 finalın daha bir iştirakçısı məlum oldu
31 Oktyabr 2024 11:10