adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 16:47
76
DÜNYA
A- A+

Fidanla Əraqçı arasında telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Hakan Fidan İrandan atıldıqdan sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik sursatla bağlı Türkiyənin reaksiyasını qarşı tərəfə çatdırıb.

Bölgədəki gərginliyə diqqət çəkən Hakan Fidan münaqişələrin yayılmasına səbəb olacaq hər cür addımdan qaçılmasının vacibliyini vurğulayıb.