Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib.
Adalet.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.
“Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxslər tərəfindən basqın edilib.
Hadisə zamanı evdən 3 mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.
Avtomobillərdən dördünün dövlət qeydiyyat nişanları 99-ME-007, 90-YA-094, 10-CE-025, 90-NS-727-dir.
Hüquq-mühafizə orqanlarından hadisənin təcili və obyektiv araşdırılmasını, avtomobillərin və hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsini, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların qanun qarşısında məsuliyyətə cəlb olunmasını xahiş edirəm”, - o paylaşımında bildirib.
DİN-in Mətbuat Xidməti aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirib.
Bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Digər Xəbərlər
26 Noyabr 2026 10:41
İsmayıllıda 28 yaşlı oğlan bıçaqlandı
26 Noyabr 2026 10:18
Azərbaycanda bir gündə 46 nəfər saxlanıldı
23 Noyabr 2026 14:47
Ölkədə cari ildə kartlardan milyonlarla manat oğurlanıb
23 Noyabr 2026 13:59
Ən yaşlı "qanuni oğru" hava limanında saxlanıldı
23 Noyabr 2026 11:01
Astarada 3 nəfər 10 kiloqramdan çox narkotiklə saxlanıldı
21 Noyabr 2026 13:06
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
19 Noyabr 2026 23:16
Holdinq rəhbəri 445 minlik mənimsəməyə görə - Azərbaycana gətirildi
18 Noyabr 2026 23:11


Bakı -°C

