Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
Formula 1 üzrə Türkiyə Qran Prisinin 2027-ci il oktyabrın 1-3-də keçirilməsi planlaşdırılır.
Formula 1-in 2027-ci il mövsümünün təqvimi açıqlanıb. Yeni təqvimə əsasən, mövsüm 22 ölkədə keçiriləcək 24 Qran Pri yarışından və 10 sprint yarışından ibarət olacaq.
Türkiyə Qran Prisi altı illik fasilədən sonra Formula 1 təqviminə qayıdacaq. Yarışlar İstanbul Parkda keçiriləcək.
Türkiyə Qran Prisi oktyabrın 1-də, cümə günü məşq sessiyaları ilə başlayacaq. Oktyabrın 2-də, şənbə günü sıralanma turu keçiriləcək. Əsas yarış isə oktyabrın 3-də, bazar günü baş tutacaq.
2027-ci ildən Formula 1-də sprint yarışlarının sayı da artırılacaq. Belə ki, sprintlərin sayı 6-dan 10-a yüksəldiləcək. Avstraliya, Bəhreyn, Yaponiya, Monako və Əbu-Dabi ilk dəfə sprint yarışına ev sahibliyi edəcək. Digər sprint yarışlarının Kanada, Böyük Britaniya, İtaliya, Braziliya və Qətərdə keçirilməsi nəzərdə tutulur.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali 2027-ci il təqviminin dünyanın məşhur tras və şəhərlərini bir araya gətirdiyini bildirib.
“Türkiyəni çempionata qaytarmaqdan və sprint yarışlarının sayını 10-a çatdırmaqdan çox məmnunuq”, – deyə Domenikali qeyd edib.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Süleyem isə bildirib ki, 24 Qran Pri yarışı, Portuqaliya və Türkiyənin Formula 1-ə qayıtması, eləcə də genişləndirilmiş sprint proqramı idmanda ənənə, innovasiya və azarkeş iştirakını bir araya gətirəcək.
Qeyd edək ki, 2027-ci il mövsümündə Portuqaliya da Formula 1 təqviminə qayıdacaq.
Digər Xəbərlər
01 Noyabr 2026 19:47
Güləşçimiz dünya çempionatında üçüncü oldu
01 Noyabr 2026 14:07
"El-Klasiko" zamanı evi qarət edildi
01 Noyabr 2026 09:15
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02
Bakıdakı dünya çempionatının qalibi bəlli oldu
30 Oktyabr 2026 18:20


Bakı -°C

