adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Aprel 2024 19:19
648
SİYASƏT

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov rəsmi "X" hesabındakı paylaşımında deyib.

S.Seyidovun sözlərinə görə, Şvabe əsl üzünü açıb:

"O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi, həmçinin AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur".