Fransa səfiri etimadnaməsini Ceyhun Bayramov təqdim edib
Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, səfir Sofi Laqutt etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfir Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə, həmçinin mövcud problemlərə baxmayaraq qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov həmçinin səfir Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Səfir Sofi Laqutt qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
26 Yanvar 2026 13:55
İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq - Ceyhun Bayramov
26 Yanvar 2026 12:45
“Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük verməmiz əsaslıdır...” – Elxan Şahinoğlu
26 Yanvar 2026 12:43
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü
26 Yanvar 2026 11:51
İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik etdi
26 Yanvar 2026 10:56
Vaşinqton bölgəyə hava hücumundan müdafiə sistemləri yerləşdirir – Hərbi ekspert
26 Yanvar 2026 10:55
İlham Əliyev Gideon Saarı qəbul etdi - FOTOLAR
26 Yanvar 2026 10:52
Gələn həftə Milli Məclisin yaz sessiyası başlayır
26 Yanvar 2026 10:25


Bakı -°C

