Deyirlər ki, yenə qar yağacaq....
Yanvarın 20- si Bakıya ilk qar yağdı. Bu , hər şeydən öncə uşaqların böyük sevincinə səbəb oldu. Elə böyüklər də az sevinmədi.İlk qar göstərdi ki, Bakı soyuq havalara, qarlı günlərə heç də tam hazır deyilmiş.
Düzdür, qar yağan axşam Bakının mərkəzi küçə və prospektləri qardan normal təmizləndi, amma ikinci dərəcəli yollar, eləcə də məhəlləarası yerlə təmizlənmədi. Bu istər - istəməz bəzi problemlərin yaranmasına gətirib çıxardı.Yəni həmin yerlərlə hərəkət edən avtomobillər, eləcə də piyadalar bir çox çətinliklərə üzləşdilər.
Belə ki, avtomobillər qarlı havada sürüşdü, bir çox piyadalar yıxılaraq müxtəlif dərəcəli xəsarət aldılar. Hansı ki, həmin yerlərdə də qar vaxtında təmizləmək olardı ki, dediyimiz problemlər yaranmasın. Qar yağanda paytaxtda bir çox yerlərdə işıqlar söndü, mənzillərə verilən istiliyin təzyiqi aşağı düşdü! Görünür, bizə və daha doğrusu, şəhərimizə qar yaraşmır. Bunlar keçmişdə qaldı.
Heç olmazsa, yenə qar yağsa, xidmət sahələri bu sadaladığımız nöqsanları aradan qaldırsın, onlar qarlı havada insanların ovqatın korlamasınlar. Qar yağanda biz əziyyət yox, ona baxın ləzzət alaq!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
08 Avqust 2026 16:09
Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - VİDEO
07 Avqust 2026 17:37
AQTA bəzi nöqsanlar aşkarladı - Heyvan kəsimi nöqtələrində
07 Avqust 2026 10:36
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
06 Avqust 2026 19:39
Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Ödəniş tələb edilir - VİDEO
05 Avqust 2026 19:15
Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?
05 Avqust 2026 18:34
Hazırda Bakının bütün küçə və prospektlərində təmir gedir - VİDEO
05 Avqust 2026 14:48
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
05 Avqust 2026 13:48


Bakı -°C

