adalet.az header logo
  • Bakı -°C
09 Noyabr 2026 16:02
61
MƏMLƏKƏT
A- A+

Yağışlı hava çətinlik yaratsa da...

Bir qayda olaraq Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.  Noyabrın 7- dən 10- na kimi onlar belə bir rejimdə işləyir.

Bu mənada Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da  qeyri-sabit hava şəraitində paytaxtın kücə və prospektlərində hərəkətin təhlükəsizliyini təmin etmək üçün tapşırılan işin öhdəsindən bacarıqla gəlməyə çalışırlar! Belə ki, Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları xidmət apardıqları 20 yanvar- Ziya Bünyadov prospektində hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edir! Sirr deyil ki, bir neçə gündür ki, Bakıda küləkli  və yağışlı hava hökm sürür.

Belə qeyri-sabit  , yağışlı havada nəqliyyat vasitələrinin hərəkəti daha da  çətinləşir.Başqa sözlə demiş olsaq, qəza vəziyyəti ehtimalı bir qədər yüksəlir. Ona görə də  tağımın yol polisi əməkdaşları  belə havada hərəkətin təhlükəsizliyini təmin edir və sürücülərə lazımi köməklik edirlər! Yağışla əlaqədar  prospektdə çətin vəziyyət yaranır, kollektorlar yaxşı işləmir, yağış su suyu yola axır. Bu prospektdə nəqliyayt vasitələrinin sıxlığı olur.

Yol Patrul Xidməti Alayının 5-ci tağımının komandiri, polis mayoru Nurlan Əliyev bizimlə söhbətində dedi kı, hava şəraitinin küləkli və yağışlı olmasına baxmayaraq, əməkdaşlarımız hərəkətin təhlükəsizliyini  təmin etmək üçün əllərindən gələni əsirgəmirlər. Onlar yağışlı havada avtomobil yolunda xidmət edərkən hərəkət iştirakçılarına köməklik edir, onları çətin vəziyyətə olarkən bu durumdan çıxarır. İlk növbədə ona çalışırıq ki, ağır qəzalar baş verməsin və piyadavurma hadisələri baş verməsin!

Hər bir sürücünün nəzərinə çatdırırıq ki, yağışlı günlərdə hava şəraitinə uyğun sürət həddi seçsinlər və ara məsafəsi saxlasınlar. Və eyni zamanda piyadalar da yol keçərkən yol hərəkəti qaydalarına əməl etməlidirlər. Növbə ərzində  şükür olsun ki, heç bir yol-nəqliyyat hadisəsi baş verməyib! Biz həmişə ona çalışırıq ki, xidmət apardığımız avtomobil yolunda sürücülər və hərəkət iştirakçıları özlərini daha təhlükəsiz və rahat hiss etsinlər!

Emil FAİQOĞLU