adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2026 22:05
77
İDMAN
A- A+

"Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər

“Real”ın prezidenti Florentino Peres klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yenidən strukturlaşdırma planı hazırlayıb.

Adalet.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Plana əsasən, klubun səhmlərinin müəyyən hissəsinin maliyyə investorlarına satılması nəzərdə tutulur. Məlumata görə, mümkün alıcılardan biri fransalı milyarder Bernar Arno ola bilər. Peres isə hələlik bu planı ictimaiyyətə açıqlamayıb.

Qeyd edək ki, “Real” İspaniya çempionatında 12 turdan sonra 2-ci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 3 xal geri qalır.