Futbola görə 18 avtobus marşrutunun hərəkət sxemi dəyişir
Oktyabrın 20-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
AYNA-dan Adalet.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.
Digər Xəbərlər
19 Oktyabr 2026 19:36
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19 Oktyabr 2026 19:00
TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
19 Oktyabr 2026 18:23
“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib - VİDEO
19 Oktyabr 2026 18:14


Bakı -°C

