"Futbolçularımız sağlam qidalanmada peşəkar yanaşmanın faydasını görür" - Qurban Qurbanov
“Laboratoriyalarla tanışlıqdan sonra təəssüratlarım çox xoşdur. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarandığı gündən əməkdaşlıq edirik. İdmançının sağlamlığı çox önəmlidir, onun sağlam qidaya daima ehtiyacı var. AQTA rəhbərliyi ilə söhbətlərimiz əsnasında həmişə vurğulayırıq ki, komanda üzvlərinin qidalanması sağlam olmalıdır”.
Adalet.az xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanışlıqdan sonra deyib.
Baş məşqçi vurğulayıb ki, İnstitutun əməkdaşı həm də klubun diyetoloqu kimi fəaliyyət göstərir:
“Futbolçular peşəkar yanaşmanın faydasını görür. Sağlam qidalanmanın nəticələrimizdə çox böyük rolu var” – deyə, baş məşqçi əlavə edib.
Q. Qurbanov yaradılan şəraitə görə təşəkkürünü bildirib və bu cür təşəbbüslərin ölkədə sağlam nəslin formalaşmasına, gənclərin inkişafına və idmanın daha da güclənməsinə töhfə verdiyini əlavə edib.
Digər Xəbərlər
04 Aprel 2026 10:58
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
04 Aprel 2026 10:54
Yol polisindən sürücü və piyadalara müraciət
04 Aprel 2026 10:52
Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00


Bakı -°C

