İran sərhədlərinin dəyişdirilməsi mümkün görünmür – Politoloq
“İsrailin İranda mülki infrastrukturu və su anbarlarına endirdiyi zərbə ölkədə humanitar böhrana gətirib çıxara bilər. İsrail hesab edir ki, mülki infrastrukturu vurmaqla əhalinin rejimə qarşı etiraz dalğasına gətirib çıxaracaq. Amma, əhali burada rejimi deyil, İsrail və ABŞ tandeminə qarşı etiraz edəcək. Müharibədə mülki infrastrukturu vurmaq və humanitar böhran törətmək cinayətdir. İsrail Qəzza zolağında "xalça effekti" ilə bütün infrastrukturu sıradan çıxardırdı ki, əhali Qəzza zolağını tam tərk etsin. Əhali nəinki tərk etmədi, "Həmas" öz varlığını qoruyub saxlayır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, İranda da eyni ssenari tətbiq ediləcəksə, əhali rejimə qarşı çıxmayacaq:
“Artıq İran Ekspertlər şurası yeni dini lider seçib. Ümumiyyətlə, Ə. Xameneidən sonra dini liderin mövqeyi güclü olmayacaq. ABŞ-nin hücumları SEPAH zəifləməsinə gətirib çıxaracaq. Növbəti mərhələdə islahatçı qanadın mövqeyi möhkəmlənə, ABŞ ilə danışıqlar baş tuta bilər. Qeyd edim ki, Donald Tramp İranın bölünməsini istisna etməyib. Amma, İranın bölünməsinə Türkiyə, Pakistan müqavimət göstərə bilər. Ümumiyyətlə, İranın sərhədlərinin dəyişdirilməsi ABŞ strateji planında yoxdur. ABŞ-nin planı İrani zəiflətmək və özünə sərf edən şərtləri qəbul etdirməkdən ibarətdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Aprel 2026 14:56
İlham Əliyev Türkiyəyə getdi - FOTOLAR
16 Aprel 2026 14:12
“İndi bu oyunda bütün kartlar Paşinyanın əlindədir...” – Politoloq
16 Aprel 2026 13:12
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Matviyenko
16 Aprel 2026 12:10
Aqil Abbas Türkiyə səfirinə başsağlığı verdi
16 Aprel 2026 11:23
“Hər oxuyan Molla Pənah olmadığı kimi hər İslam dövləti də Pakistan ola bilmir”
16 Aprel 2026 11:02
“Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb”
16 Aprel 2026 10:53
Qafarova İstanbulda özbəkistanlı həmkarı ilə görüşdü
15 Aprel 2026 20:00


Bakı -°C

