Gələcəkdə bir sıra ölkələrdə yaşamaq qeyri-mümkün olacaq - Alimlər

ABŞ-nin Perdyu Universitetinin alimləri müəyyən ediblər ki, bir neçə ildən sonra Qərbi Afrika, Cənubi Asiya və ABŞ-nin Orta Qərbi iqlim dəyişikliyi səbəbindən insan həyatı üçün təhlükəli vəziyyətə gələcək.
Adalet.az xəbər verir ki, alimlərdən ibarət tədqiqat qrupu Yerdəki iqlim dəyişikliyi və istilik dalğaları ilə bağlı məlumatlardan istifadə edərək modelləşdirmə həyata keçirib.
Alimlər belə qənaətə gəliblər ki, bəşəriyyət qarşıdakı illərdə havanın soyuyacağını gözləməməlidir. Temperatur tədricən artacaq və bu da artan rütubətlə birləşərək əksər insanlar üçün çətin və təhlükəli yaşayış şəraiti yaradacaq.
"Qərbi Afrika və Cənubi Asiyanın bəzi hissələri ən həssas bölgələr sırasındadır, çünki bu ərazilər sıx əhalisi və məhdud soyutma qabiliyyətinə malik olması ilə fərqlənir. ABŞ-nin bəzi hissələrində, o cümlədən Orta Qərb bölgəsində də yüksək rütubətli istilər yaşanacaq", - tədqiqatçılar qeyd ediblər.
Alimlər əlavə edib ki, texnologiyaya çıxışı olan inkişaf etmiş ölkələrin sakinləri istilərə daha rahat tab gətirəcəklər, lakin bu da uzun sürməyəcək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, istilər hazırda dünyada 489 illik ölümə səbəb olur. Lakin iqlim və sağlamlığın pisləşməsi arasında həmişə açıq-aşkar əlaqənin olmaması səbəbindən ölənlərin dəqiq sayı daha yüksək ola bilər./report
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
