Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Milli Məclis 2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləğini üçüncü oxunuşda qəbul edib.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.
Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.
Layihə 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Digər Xəbərlər
06 Oktyabr 2026 15:01
Azərbaycanın hava məkanından tranzit uçuşların sayı artıb
06 Oktyabr 2026 10:46
Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda
06 Oktyabr 2026 10:21
Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
06 Oktyabr 2026 09:04
Dünya bazarında qızıl ucuzlaşdı
05 Oktyabr 2026 14:37
Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
05 Oktyabr 2026 12:32
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
05 Oktyabr 2026 11:14
“İşğaldan azad olunandan sonra Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb”
05 Oktyabr 2026 10:48


Bakı -°C

