"Gənclərimiz ehtiyat kadr siyahısına daxil olurlar, amma işlə təmin edilmirlər" - Deputat
"Dövlət qulluğuna qəbulda problem yaşanır. Gənclərimiz imtahandan keçərək sertifikatlar əldə edirlər, ehtiyat kadr siyahısına daxil olurlar, amma işlə təmin edilmirlər. Müsahibə mərhələsində onların hüquqları pozulur. Bu mexanizmi təkmilləşdirmək üçün hansısa təkliflər verilib?"
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, universitet tələbələri imtahan zamanı ballarının məqsədyönlü şəkildə azaldılmasını və əlaçı təqaüdü almaqda çətinlik çəkdiklərini söyləyirlər: "Bu faktı yoxlamaq tərəfimdən mümkün olmadı. Tələbələrin hüquqlarının qorunması üçün nələrsə edilsin. Mümkün bu məsələ diqqətdə saxlanılsın".
N.Həmzəyev qeyd edib ki, dezinformasiya, böhtan xarakterli məlumatların yayılması günü-gündən artır: "Təəssüflər olsun ki, vətəndaşlar dezinformasiyaların qarşısını ala bilmirlər. Bununla bağlı hər hansı mexanizm yoxdur. Hətta müraciət etdikdə aidiyyəti qurumlar çox vaxt ciddiyə almırlar".
Digər Xəbərlər
04 Aprel 2026 10:58
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
04 Aprel 2026 10:54
Yol polisindən sürücü və piyadalara müraciət
04 Aprel 2026 10:52
Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00


Bakı -°C

