German Abixin gerçəkləşən dəhşətli proqnozu: Şamaxının "Qiyamət günü"
Bildiyiniz kimi, Azərbaycanın dilbər güuşəsi olan Şamaxı seysmik zonada yerləşən bölgələrimizdəndir. Azərbaycanda tarix boyu ən böyük və dağıdıcı zəlzələlər də məhz bu diyarımızda baş verib. 1859-cu il 2 dekabrda baş verən. 5.9 bal gücündə zəlzələ Şamaxını əməlli- başlı çökdümüşdü.
166 il əvvəl Rusiya imperiyasının tərkib hissəsi olan Şamaxı şəhəri növbəti dəfə tamamilə dağıldı, buna görə şəhər quberniyasının mərkəzi Bakıya köçürüldü və quberniyanın özünün adı da yenilənərək Bakı quberniyası adlandırıldı.Həmin vaxt Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişdi.
Məhz bu zəlzələnin gücü o qədər böyük olub ki, həmin hadisədən sonra “Şamaxı batan kimi” ifadəsi yarandı və uzun illərdir dilimizdə ən aktiv frazalarından birinə çevrildi. Bu zəlzələdən bir il sonra, 1860-cı ildə Şamaxıda tədqiqatlar aparan alman geoloqu və professoru German Abix Şamaxıda daha bir güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi proqnozunu vermişdi. Buna baxmayaraq imperiya rəhbərli bu xəbərdarlıqları qulaqardına vuraraq Şamaxı şəhərində tikinti işlərini genişləndirərək burada əhalinin sayının artmasına şərait yaradırdı.
1902-ci il yanvar ayının 31- i....Dağlar qonunda, soyuq və şaxtalı bir gün German Abixin qətiyyətlə verdiyi proqnoz özünü doğrultdu. Gündüz saat 12 radələrində elə bir zəlzələ baş verdi ki, bu antik şəhərimiz tamamilə dağıldı, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri ilə birgə yerlə yeksan oldu. Bütün qədimliyi ilə şəhər torpağın dərin qatlarına gömüldü. 6.9 bal gücündə zəlzələ böyük dəhşətlərə səbəb oldu. Həmin vaxt bir sıra mətbuat nümunələri bu təbii fəlakəti "Qiyamət günü" ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc edirdilər.
Məlumatlarda deyilirdi ki, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2.000 çox sakini həlak oldu, minlərlə insan yaralandı. 20.000 nəfərədək əhali evsiz-eşiksiz qaldı, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan oldu. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanıb, əhali qorxu içərisində qaçışmağa başladı.
Zəlzələ nəticəsində şəhərdəki 5.000 evdən 4.000-ni tamamilə dağılmış, həmçinin Şamaxı qəzasında yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağıldı. Zəlzələdən sonra hökumət rəsmiləri və Qırmızı Xaç Komitəsi əhaliyə yardım etmək üçün əraziyə gəlir. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan "Niva" adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapdı. Hal-hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır.
Azərbaycanın böyük ürəkli messenant oğlu Zeynalabdin Tağıyev Şamaxı zəlzələsi zamanı bu şəhərin əhalisinə böyük köməklik göstərdi.
Şamaxı zəlzələsinin, onun səbəblərinin və nəticələrin öyrənilməsi artıq 1902-ci ildə başlandı. Birinci hadisə yerinə Qafqaz dağlıq idarəsinin tapşırığı üzrə mədən mühəndisi Şahqulu Mirzə gəldi. Onun apardığı araşdırmaların nəticələrinə əsasən Şamaxı zəlzələsinə aid ilk yazılar 1902-ci ildə nəşr olundu,
1903-cü ildə zəlzələ haqqında yazılan kitab işıq üzü gördü. Artıq 1902-ci ilin fevralında alimlər zəlzələ nəticəsində baş verən böyük dağıntıların və qurbanların iki səbəbi təyin etdilər. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsi idi. İkinci səbəb şəhərdəki tikinti işlərinin pis aparılmasından ibarət idi. Əhali zəif gil məhlulundan hazırlanmış yerli daşdan evlər tikirdi, evlərin damı ağır və yastı olurdu. Onlar şəhərin digər hissəsində tikilmiş taxta evlərlə müqayisədə daha asan dağılırdılar.
Bu zəlzələ haqqında ən dəqiq məlumat, Şamaxı rayonunu tezliklə zəlzələdən sonra gəzmiş olan geoloq V. Veberin rus. "Şemaxinskoe zemletryasenie 31-qo yanvarya 1902 q." monoqrafiyasında verildi.
Qyd edək ki, 1667-ci il noyabrın 25-də Şamaxıda baş verən zəlzələ Azərbaycan tarixində 2-ci ən böyük və dağıdıcı zəlzələ oldu. Zəlzələnin gücünün 6,9 bal gücündə olduğu təxmin edilir və 80000 insanın öldüyü deyilirdi. Şamaxı zəlzələsi təkcə Şamaxı şəhərini yox, onun 125 kəndini də əhatə edirdi.1667-ci il zəlzələsindən 4 il sonra ərazidə olan holland səyyah Yan Streys zəlzələ haqqında bunları yazırdı:
“Dəhşətli dağıntılarda əli silah tuta bilən 80 mindən çox kişi həlak olub. Həlak olan qadın, uşaq və qulların sayı isə məlum deyil. Fəlakət təkcə Şamaxını yox, ətraf əraziləri də əhatə edib, sərt qayalar ayrılıb, bir çox kənd əmələ gələn boşluqlara yuvarlanıb. Hətta gəliş-gediş yolları da o qədər bərbad vəziyyətə düşüb ki, karvanlar dolanbac yollarla hərəkət etməli olurlar”.
Azərbaycanda baş verən diğər güclü zəlzələlərin bir çoxunun meydanı elə Şamaxı olaraq qaldı.
Daha sonra 1669-cu il 5.7 bal gücündə. 7 min insan dünyasını dəyişdi. Aradan keçən müddətdə Şamaxıda intensiv zəlzələlər olsa da, 1828-ci il 5.7 bal gücündə olan zəlzələ qədər heç biri dağıdıcı olmadı. (Ölən və yaralananlar haqda məlumat yoxdur)
1859-cu il 5.9 bal gücündə baş verən zəlzələdə isə Şamaxı şəhəri tamamilə dağıldı. Buna görə, Şamaxı quberniyasının mərkəzi Bakıya köçürüldü və quberniyanın özünün adı da yenilənib – Bakı quberniyası. 100 nəfər dünyasını dəyişib. Məhz bu zəlzələnin gücü o qədər böyük olub ki, həmin hadisədən sonra "Şamaxı batan kimi” ifadəsi yarandı. 1872-ci il 5.7 bal gücündə zəlzələ şəhərdə dağıntılara səbəb oldu.
Əntiqə Rəşid
( Yazarın arxivi)