adalet.az header logo
  • Bakı -°C
19 Yanvar 2026 23:42
88
HADİSƏ
A- A+

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Astara rayonunda  3.1 maqnitudalı zəlzələ baş verib. 

Adalet.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkan  yerli vaxtla 21:46-da qeydə alınıb.

Zəlzələnin episentri 38.57 şimal enliyi, 48.59 şərq uzunluğu koordinatlarında, 4 km dərinlikdə yerləşib.

Hadisə yaşayış məntəqələrində hiss edilməyib və heç bir fəsad barədə məlumat daxil olmayıb. 

Seysmoloji Xidmət Mərkəzi zəlzələnin bölgədə narahatlıq yaratmadığını bildirib.