Görəsən, Narışkin "dünyadakı sakitliyi" kimin pozduğunu bilir?
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib ki, 2025-ci ildə dünyada vəziyyət sakit olmayacaq:“Artıq bu gün aydındır ki, 2025-ci il sakit il olmayacaq. Regional və qlobal oyunçuların nə qədər sağlam düşüncə və təmkinli olmasından çox şey asılıdır. İndi birqütblü, ölümcül dünya düzənindən yeni, ədalətli dünya nizamına keçid prosesinin şahidiyik. Bu prosesin təbii ki, öz təhlükələri var, çox çətindir” - Narışkin bildirib.
Biri “qospadin” Narişkinə bildirsin ki, dünya sakitliyini 2022-ci ilin fevralından itirib. Rusiyanın qardaş millət, xalqı, dövləti olan Ukraynaya işğalçı hücumu sayəsində dünyanın hər bir ölkəsində gərginlik , inflyasiya, təhlükə, atom bombası qorxusu davam edir. Təsəvvür edin, o biabırçı və işğalçı əməliyyatlar başlayanan gündən indiyə qədər Ukraynanın 652 təyyarəsi, 283 helikopteri, 41 148 PUA-sı, 590 zenit-raket kompleksi, 20 724 tank və digər zirehli texnikası, 1 510 reaktiv yaylım atəş sistemi, 20 860 artilleriya və minaatanı, 30 582 xüsusi hərbi avtomobil texnikası məhv edilib.
2023-cü ildə isə Ukraynanın cənubunda, Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən , hündürlüyü 30 metr, uzunluğu 3,2 km olan bənd"Nova Kaxovka" su anbarı vuruldu. Sovet dövründən qalan və Rusiyanın nəzarətində olan bəndin partladılması Xerson vilayətinin böyük hissəsində dəhşətə səbəb olan daşqınlar, fəlakətlər yaratdı.
Bəd əməlində Rusiya özü də nəsibini alıb. Rusiyatörətdiyi müharibədə indiyə qədər 823 980 hərbçi, 9 844 ədəd tank, 20 485 ədəd zirehli döyüş maşını, 22 194 ədəd artilleriya sistemi, 1 262 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1050 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 34 837 ədəd avtomobil texnikası, 23 039 ədəd PUA, 3051 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 711 xüsusi avadanlıq itirib.
Hələ 30 sentyabr 2015-ci ildə Rusiyanın Suriyaya qoşun yeritməsi, orada baza olaraq qalması, guya ekstrimistləri sakitləşdirir adı altında yerli əhaliyə divan tutması varkən sakitlik olarmı?
Ermənistanda, Qazaxıstanda , Qırğızıstanda və s. MDB ölkələrində baza formatında fəaliyyət göstərən hərbi bazalar dünyanı sakit olmasına şərait yaradarmı? Və minlərlə fakt var ki, Rusiyanın dünyadakı sakitliyin kökünü kəsən əsas qüvvə olduğunu ortaya qoyur!
Narışkin anlayırmı ki, bu sakitliyi pozan kimdir?
Əntiqə Rəşid