Gözə kül üfürməyin!
Kənd Təsərrüfatı Nazirliyi şənbə və bazar günlərində Bakı şəhərində təşkil etdiyi yarmarkadan bəh-bəhlə danışır. Deyirlər ki, «Kənddən-şəhərə!» yarmarkasında hər şey ucuzdur. Hətta marketlərdən və bazarlardan da qiymətlər burda aşağıdır. Ona görə də camaat bu məlumatlara inanıb həmin yarmarkalara üz tutur. Metronun «Gənclik» stansiyasının yanında təşkil olunmuş yarmarkadan bazarlıq edən bir tanışım deyir ki, onlar yalan danışırlar. Məsələn, mən narın bir kiloqramını ordan 70 qəpiyə aldım. Sonra meyvələrə, çərəzlərə, tərəvəz məhsullarına baxıb qiymətlərin baha olduğunu gördüm, tay bazarlıq eləmədim!
Sözün düzü, biz də həmin yarmarkaya baş çəkdik. Gördük ki, adam çox azdır. Alıcıların da əksəriyyəti qiymətlərdən narazıdır. Alıcı Pərvanə Səmədova bildirdi ki, 8 km bazarında bir kiloqram narı 50 qəpiyə almışam. Burda isə 70 qəpiyədi. Kartof, soğan, xiyar, pomidor, 8-ci km bazarından qat-qat yüksək qiymətə satılır. Biz də bunların sözünə inanıb bazara gəldik. Adamı belə aldatmazlar da!
Təbii ki, kimlərsə görüntü yaratmaq üçün yarmarkalarda əhalinin marağından çox özlərinin mənafeyini fikirləşirlər. Yəni orda məskunlaşıb bostan-təpəvəz məhsulu satan adamlar öz məhsullarını deyil, başqa yerdən alıb gətirdikləri məhsulları satırlar. Belə də olanda bax, narazılıqlar yaranır!
Emil FAİQOĞLU
Digər Xəbərlər
01 Iyun 2026 12:55
Sabah yağış yağacaq
01 Iyun 2026 09:23
"Hər bir uşağa xoşbəxt həyat arzulayıram" - Mehriban Əliyeva
31 May 2026 16:25
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
31 May 2026 12:00
ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib
30 May 2026 07:58
Leyla Əliyevanın övladları ilə yeni görüntüləri - VİDEO
29 May 2026 13:50
DİN-dən velosiped və skuter sürücülərinə xəbərdarlıq
28 May 2026 17:32
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib
28 May 2026 17:01


Bakı -°C

