adalet.az header logo
  • Bakı -°C
10 Fevral 2026 11:00
70
HADİSƏ
A- A+

Güllələnən müəllimin SON DURUMU

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Şəhla Kamilovanın vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.

Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.