adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Fevral 2024 15:52
4282
MARAQLI

Gülməkdən ölən adam

“Gülməldən öləcəm” kimi bir ifadə var dilimizdə.

Bəli, gülməkdən ölmək mümkün imiş. Bu nümunələrdən biri 1975-ci ildə İngiltərədə Aleks Mitçel adlı bir adamın başına gəlib. 

O, "The Goodies" serialının "Kung Fu Kapers" seriyasını izləyərkən milli geyimdəki şotlandın döyüş səhnəsinə təxminən 25 dəqiqə gülmüşdü. Fasiləsiz uzunmüddətli gülüş Aleksin infarkt keçirməsinə və yerindəcə ölməsinə səbəb olur.

Aleksin həyat yoldaşı daha sonra "The Goodies" serialına məktub yazaraq yoldaşının bu formada xoşbəxt ölməsinə səbəb olduqları üçün onlara təşəkkür etmişdi. 

Qeyd edək ki,  Aleksin ölümünün QT sindormu, yəni "Ürək ritminin pozulması" ilə bağlı olduğu məlum olmuşdu.

 

Emin