"GÜNAHKAR" 49 il əsaslı təmir olunmayan KÖRPÜdür...

Xəbər verdiyimiz kimi, bu gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub. Günahkar isə təbii fəlakətdir.
Əslində mən bu sahədən çox anlamıram, amma başı çıxanlara bir sual verim: Əgər sel suları doğrudanda normal körpünü dağıdırsa, o zaman respublika ərazisində daimi axan çaylar var ki, bəzən su axını bol və sürətli, bəzən isə tədricən zəif və az olur. Belədirmi? Belədirsə, bəs onların üzərində qurulmuş körpülər niyə uçmur. Məsələn, Kür, Qanıxçay, Qabırrıçay, Tərtərçay, Samurçay üzərində qurulan körpülər niyə kəllə-mayallaq olub, axına qarışmır? Demək ki, günah təbii fəlakətdə yox, elə körpünün özündədir.
Bəs, körpünü "günahkar" vəziyyətinə kim salıb?
Deməli, 2014-cü ilin dekabrında xəbər portallarında yazılırdı ki, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. Yazırdılar ki, Gəndob-Yalama yolunun 27-ci kilometrliyində yerləşən ümumu uzunluğu 60.2, eni isə 10 metr olan Qudyalçayın üzərindəki qəzalı körpü 40 il öncə salınıb. Bir neçə dəfə qəzalı vəziyyətə düşən nəqliyyat ötürücüsünün yük götürməsi nəqliyyat vasitələrinin müasir inkişafı ilə bağlı statik və dinamik yüklənməyə cavab vermir.
Elə həmin xəbərdə deyilir ki, Xaçmaz Yol İstismar İdarəsinin rəis müavini Sadiq İsmayılovun sözlərinə görə, körpünün qəzalı vəziyyətə düşməsinin əsas səbəblərindən biri də çay yataqlarının daş karxanaları tərəfindən istismarıdır: “Çay yatağının dəyişməsi nəticəsində körpünün yeraltı dayaqları üzə çıxıb. Bu isə körpüdə qəzalı vəziyyətinin yaranmasına gətirib çıxarıb”.S. İsmayılov bildirib ki, çaylarda suyun artması daha ciddi problemlərə səbəb ola bilər.
2015-ci ilin noyabrında xəbər yayıldı ki, çay yatağının dəyişməsi nəticəsində körpünün üzə çıxan yeraltı dayaqlarının möhkəmləndirilməsi üçün barraj tikilir. Xaçmaz 5 saylı Yol İstismar İdarəsindən verilən məlumatda, tikinti işləri 10 gün davam edəcəyi yazırdı.
Hazırda deyilir ki, körpü 2001-ci ildə təkrar təmir olunub. Bu haqda internetdə məlumat tapa bilməsəmdə, körpünün istismar müddətinin nə qədər olduğu haqqında da məlumatlara rastlamadım. Heç nə qədər maliyyə ayrılması, neçə nömrəli fərmanla təmirin həyata keçirildiyi ilə bağlı məlumat da qarşımıza çıxmadı. 96 min əhali hər gün o körpüdən istifadə edirmiş.
Səlahiyyətli şəxslərin məlumatına görə, uzun illər istismar olunan körpüdür. Körpü aşan zaman bir minik avtomobili çaya düşüb. Digər avtomobil tam düşməyib. Bir piyada, iki sərnişin xəsarət alıb. Ölüm halı qeydə alınmayıb. Yaralılara yardım göstərilir ! Şükür camaatımız yaxşı qurtardı...
Əntiqə Rəşid
Digər Xəbərlər

"Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq" - Dövlət başçısı

Azərbaycan nefti bahalaşdı

Dolların sabaha olan məzənnəsi

Baş nazir Söyüdlüdə vəziyyəti araşdıran Komissiyanı TOPLADI

"Cərimələr dövlət büdcəsini doldurmaq məqsədi daşımır" - Xidmət rəisi

"Ticarət haqqında" qanun hazırlanır

Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb
