08 Avqust 2019 14:21
130214
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhmədidi, bu «gil»i hardan gətirib Əhmədəyapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsinçap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanınortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlindətelefon olardı.