Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə 17 aprel 2025-ci il tarixində Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ilk növbədə, görüşdə iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.
Qeyd edilib ki, görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.
Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər.
***
13:48
Tbilisidə Gürcüstan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşü keçirilir.
Adalet.az xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, iclası Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
O, Cənubi Qafqazın strateji rolu, regionun potensialı və əməkdaşlıq formatları barədə danışıb. O, üçtərəfli görüşün keçirilməsinin Gürcüstanın regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə vermək üçün səmimi istəyinin göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, Cənubi Qafqaz strateji əhəmiyyət kəsb edən regiondur və üçtərəfli əməkdaşlıq zamanda son dərəcə zəruridir.
Məlumatda qeyd edilib ki, qapalı formatda keçirilən görüşün məqsədi regionun firavanlığı, sabitliyi və davamlı inkişafı naminə ölkələr arasında qarşılıqlı faydalı, praktiki, üçtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək sahələr üzrə üç ölkənin ümumi maraqlarını və fikirlərini bölüşməkdir.
“Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş hər hansı digər mövcud əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və ya onu əvəz etmir, əksinə, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün əlavə səylərini ifadə edir. Görüşdən əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında məsləhətləşmələr aparılıb, bu zaman üç ölkənin xarici işlər nazirlikləri arasında üçtərəfli görüşün keçirilməsi təşəbbüsü irəli sürülüb”, - məlumatda qeyd edilib.
***
11:54
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin üçtərəfli görüşü keçirilir.
Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Görüşün məqsədinin üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək olduğun bildirilir.
"Görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmalar inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq", - Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə bildirib.
Digər Xəbərlər
08 Dekabr 2025 21:00
Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı - FOTOLAR
08 Dekabr 2025 19:41
İlham Əliyev və Peter Pelleqrini arasında geniş tərkibdə görüş olub - FOTOLAR
08 Dekabr 2025 19:35
Sahibə Qafarova Abbas Əraqçi ilə görüşüb - FOTOLAR
08 Dekabr 2025 19:20
Dövlət başçısı: Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir
08 Dekabr 2025 19:18
İlham Əliyev slovakiyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
08 Dekabr 2025 19:02
İlham Əliyev: Slovakiya ilə Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır
08 Dekabr 2025 18:58
Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsində ciddi artım var - Pelleqrini
08 Dekabr 2025 18:55


Bakı -°C

