Gürcüstan geriyə addım atır?..
Gürcüstan parlamentinin ötən il "xarici agentlərlə bağlı" qəbul etdiyi qanun, ölkədə qarşıdurma yaratmışdı. Hətta o vaxtki prezident Saloma Zurabişvili bu qanuna veto qoymağa və məhkəmə yolu ilə bu qanunun ləğv olunmasına cəhd də etmişdi. ABŞ hakimiyyəti bu qanunun qəbul olunmsıyla bağlı, Gürcüstan hökumətinə etdiyi milyonlarla dollar yardımı da dayandırmışdı.
ABŞ-la pozulan münasibətlərini bərpa etmək məqsədiylə, Gürcüstan hökuməti yenidən bu qanuna dəyişiklik etmək məcburiyyətində qalıb və "xarici agentlərlə bağlı" qanunu, ABŞ-ın "xarici agentlərin qeydiyyatı" (Foreling Agents Registration Ast -FARA) qanuna uyğun olaraq dəyişib. Gürcüstan parlamenti yeni qanunu elə birinci oxunuşda 84 səslə qəbul edib.
"Bir nəfər belə qanunun əlehyinə səs vermədi və Qanun birinci oxunuşda qəbul olundu"- deyə parlamentin sədri Şalva Papuaşvili bəyan edib.
Rüstəm Hacıyev
Digər Xəbərlər
27 Noyabr 2026 19:16
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
27 Noyabr 2026 15:39
Putin və Paşinyan nələri müzakirə edəcək?
27 Noyabr 2026 15:04
Tokayev məscidlər əvəzinə kitabxanalar tikməyi təklif etdi
27 Noyabr 2026 12:25


Bakı -°C

