Gürcüstan XİN Bakıya səfər edəcək
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana rəsmi səfər edəcək.
Adalet.az ölkənin XİN-ə istinadən xəbər verir ki, bu barədə Boçorişvilinin Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyevlə keçirdiyi görüş zamanı məlum olub.
"Görüşdə tərəflər ölkələrin qarşılıqlı gündəmində olan aktual məsələləri müzakirə ediblər. Bu kontekstdə, Gürcüstanın xarici işlər nazirinin Azərbaycana gözlənilən rəsmi səfəri məsələsinə, o cümlədən iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası Komissiyanın 10-cu iclasının Bakıda keçirilməsinə xüsusi diqqət ayrılıb", - Gürcüstan XİN məlumatında deyilir.
Nazir Gürcüstan və Azərbaycan arasında bir çox istiqamətləri ehtiva edən münasibətlərin strateji əhəmiyyətini vurğulayıb
Qeyd olunur ki, görüşdə ticari-iqtisadi, nəqliyyat və energetika sahələrində uğurlu əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.
Ayrıca olaraq regionun sabitlik və sülh prinsipləri əsasında inkişafının təmin olunması ilə bağlı məsələlər müzakirə olunub. Hər iki tərəf strateji əməkdaşlığın daha da möhkəmlənməsinə və ona daha yüksək dinamikanın verilməsinə hazırlıq ifadə edib./trend
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

