05 Iyul 2024 11:13
784
İQTİSADİYYAT

 Gürcüstanda, Ermənistanda, Azərbaycanda  BENZİNİN QİYMƏTLƏRİ

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətini artırdı.

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Qeyd edək ki, 2022- ci ildən isə Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib.

Bəs qonşu ölkə olan Ermənistanda vəziyyət necədir?

Erməni mediasının yazdığına görə, Ermənistandan ötən ay benzin və dizelin qiymətində ucuzlaşma qeydə alınıb.
Ermənistan iqtisadiyyat nazirliyinin statistika komitəsinə təqdim etdiyi siyahıya görə, iyun ayında may ayına nisbətən avtomobil benzini və dizel yanacağının qiymətləri 0,2% və 0,1% ucuzlaşıb.
Ermənistan yanacaqdoldurma məntəqələrində iyul ayı girən gündən may ayında 490 dram olan, (2,2 manat) 1 litr adi benzinin (Aİ92) iyun ayında 470 dram (2,1 manat), premium benzin isə 530 dram(2,3 manat) olub.


Bəs Gürcüstan?


Gürcüstan Statistika Komitəsinin aprel ayında yaydığı məlumata görə, Gürcüstanda yanacağın ortalama qiyməti Aİ-95 benzini üçün 3,16 lari (2,15 manat), Aİ-98 benzini üçün 3,62 lari (2,30 manat) təşkil edir. Dizelin qiyməti 3,32 lari (2,11 manat), LPG qazının qiyməti isə 1,53 lari (0,97 manat) olub.

Qeyd edək ki, 2023-cü ilin yekununda “Galt & Taggart” növbəti dəfə Qafqaz dövlətləri arasında müqayisələr apardı və hesabat hazırladı. Hesablamalara görə, 2023-cü ildə Gürcüstan adambaşına düşən gəlirə görə Cənubi Qafqazda liderlik yolundadır. Ermənistan bu siyahıda 2-ci, Azərbaycan 3-cü yeri bölüşüb.

Əntiqə Rəşid