Gürcüstanda müxalifət lideri SAXLANILDI

Tiflis Şəhər Şurasında Vahid Milli Hərəkat Partiyasının deputatı Zviad Kuprava saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə məlumat verilib.
DTX rəhbərinin birinci müavini Laşa Maqradze bildirib ki, istintaq materiallarına görə, 2025-ci il sentyabrın 30-da Zviad Kuprava sosial şəbəkələrdə vətəndaşları oktyabrın 4-də keçiriləcək seçkiləri pozmağa və mövcud hakimiyyəti devirməyə çağıran video yayımlayıb.
“Çağırışlarının cinayət mahiyyətini ört-basdır etmək və müvafiq məsuliyyətdən yayınmaq üçün o, seçkiləri Rusiyanın xüsusi əməliyyatı, seçki məntəqəsini xüsusi əməliyyat yeri, hökuməti isə İvanişvili adlandırıb. Bu da təbii ki, Gürcüstan Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əməlin cinayət olduğunu istisna etmir”, - Maqradze bildirib.
Onun sözlərinə görə, Kuprava həbs olunarkən DTX nümayəndələrinə müqavimət göstərib.
Digər Xəbərlər

Tramp bu ölkənin təhlükəsizliyinə qarant oldu

Əcnəbilərin Gürcüstana gəlmə və ölkədə qalma qaydaları sərtləşdi

Ukraynanın Aİ-yə üzv olmasına qarşı çıxdı

Meloni: Geosiyasi böhranlar qarşısında soyuqqanlılıq və məsuliyyət lazımdır

Əfqanıstanda mobil rabitə və internet bərpa olunub

"2022-ci ildə Ermənistan həqiqətən müstəqil oldu" - Paşinyan

Soyuq suyla çimdi, infarkt oldu - 22 yaşlı tələbənin faciəvi sonu
