Əyləci basmaq əvəzinə qazı basıb...
Hər bir sürücü avtomobili idarə edərkən son dərəcə diqqətli olmalıdır ki, yol- nəqliyyat hadisəsi baş verməsin. Amma bir çox halda bu, belə olmur və sürücü diqqətsizliyi üzündən qəzalar qaçılmaz olur! Məsələn, sentyabrın 28- də sürücü " Fatimeyi - Zəhra" məscidinin həyətinə daxil olarkən əyləci basmaq əvəzinə , qazı basıb. Və nəticədə avtomobil yüksək sürətlə hasar çırpılıb.Həmin hasarın üz örtüyü dağılıb.
Təxminən iki- üç metr daş divara ziyan dəyib,maşınında divara dəyən qabaq hissəsi deyilənə görə, çox əzilib. Əgər məsciddəki kameralara baxılsa , hadisəni hansı sürücü, hansı dövlət nömrəli avtomobillə törətdiyi aydın olar. Aydın olmayan odur ki, qəza ilə bağlı məscid rəhbərliyi polisə məlumat verməyib.Nə görə belə ediblər, ancaq bunu başa düşmək olmur.Hadisə yerindən şəkildə çəkmişik.
Bu görüntüdə hər şey aydınlaşır. Ona görə, də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən xahiş edirik ki, divarı dağıdan məsuliyyətsiz sürücünü kamera vasitəsilə aşkar etsin. Çünki o divarın yanında insanlar da ola bilərdi. Bəs onda avtomobil piyadaları vursaydı, onda nə olardı? Hər halda, belə sürücülər məsuliyyətə cəlb edilməlidir ki, başqalarına da ibrət olar!
Emil Faiqoğlu
Digər Xəbərlər
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26
Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi
02 Oktyabr 2026 17:10
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
02 Oktyabr 2026 12:42
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
02 Oktyabr 2026 12:36
Azərbaycan sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026 12:15
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü
01 Oktyabr 2026 19:07
Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
01 Oktyabr 2026 18:59


Bakı -°C

