adalet.az header logo
  • Bakı -°C
10 Oktyabr 2026 12:35
86
SİYASƏT
A- A+

“Tramp mövcud siyasəti ilə nə İran, nə də Ukrayna problemini həll edə biləcək”

“2026-cı il Sülh üzrə Nobel mükafatı Navi Pillay-a verilicək. Cənubi afrikalı hüquqşünas, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş hakimi və BMT-nin keçmiş İnsan Hüquqları üzrə Ali Komissarı olan Pillay bu nüfuzlu mükafata sülhün və beynəlxalq hüququn möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə görə layiq görülüb”.

Adalet.az xəbər verir ki, bunu tanınmış telejurnalist İbrahim Nəbioğlu deyib. 

“Bu gün onun seçilməsini gurultulu alqışlarla təbrik edərkən Pillay zarafatla: “Bu qədər çox əl çalmayın, yoxsa mükafatı Trampla bölüşərəm” – deyib və zal qəhqəhələrə qərq olub.Tramp isə hazırda əsl “lomka”dadır, heç kefi yoxdur. İki ildir ki, xəyalları suya düşür və güman ki, gələn il də xəyal qırıqlığı ilə üzləşəcək. Çünki mövcud siyasəti ilə nə İran problemini həll edə biləcək, nə də Ukraynanın işğalına son qoymağa nail olacaq. “Ağanəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm” prinsipi ilə hərəkət edən Donald Tramp açıq-aşkar Putin təəssübkeşliyi və sərt anti-İran mövqeyi üzündən çıxması imkansız olan bir çıxmaza girib”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN