“Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb”
“Sabah Ağdam şəhəri günü qeyd ediləcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olunur.İşğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri yenidən qurulur, dirçəlir və Azərbaycanın iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. Zəfərdən sonra digər yaşayış məntəqələri kimi Ağdam da bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb:
“Ağdam rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 1.5 milyard manata çatır. Tikinti sektorunda isə 60 dəfədən çox artım qeydə alınıb. Bu isə birbaşa rayonun yenidən qurulması və böyük miqyaslı infrastruktur işlərinin aparılması ilə bağlıdır.2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Ağdamda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunurAğdam rayonu yalnız Qarabağın deyil, bütövlükdə bölgənin əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Rayonda istehsal edilən məhsullar tezliklə Avropa İttifaqı daxil olmaqla inkişaf etmiş dövlətlərə ixrac ediləcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Noyabr 2026 13:00
AZAL Naxçıvan əhalisinə niyə zülm edir? - Elxan Şükürlü yazır
19 Noyabr 2026 11:56
Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik
19 Noyabr 2026 11:35
“Dünya misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır” - DTX-nin rəis müavini
19 Noyabr 2026 11:27
"Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişib" - Dövlət Xidmətinin rəisi
19 Noyabr 2026 11:03
İlqar Musayev: Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişir
19 Noyabr 2026 10:07
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi
19 Noyabr 2026 10:06
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib
18 Noyabr 2026 16:55


Bakı -°C

