HACI ŞAHİN DİN XADİMLƏRİ İÇİNDƏ ƏN AYDIN ADAMLARDAN BİRİDİR
İndi, xüsusilə son zamanlar ölkədə görkəmli, tanınmış adamların adından saytlar və sosial şəbəkələrdə uydurulmuş məlumatlar yayımlanır. Sonra da bu məlumatlar ətrafında müzakirələr açılır, söyüşün-qarğışın biri bir qəpik. Bu uydurma məlumatları yayanlar xaricdən maliyyələşən, həm də ilana ağ verən içimizdəki kərtənkələlərdən ibarət qruplardı.
Bu günlərdə bir sayt mənim adımdan bir açıqlama paylaşmışdı. Diqqətli oxucu, məni tanıyan oxucu o dəqiqə anlaya bilərdi ki, bu açıqlama nə mənim deyim tərzimdi, nə də yazı tərzim. Amma neyləyirsən, altında nə qədər söyüş, təhqir vardı. Nə isə, fikir vermədim.
İndi baxıram bu həssas dönəmdə, yəni Məhərrəmlik ayında məzhəb davası qızışdırmaq istəyənlər Hacı Şahinin adından uydurma statuslar paylaşıblar. Altda da millət bölünüb iki yerə – sünni-şiə davası, biri bir qəpik... Cahil adamlar.
Hacı Şahini Azərbaycan xalqı yaxşı tanıyır. O, din xadimləri içində ən aydın adamlardan biridir və həmişə dövlətin və dövlətçiliyin yanında olub.
Respublika Prokurorluğu son zamanlar feyk xəbərlər yazan jurnalistlərlə bağlı haqlı olaraq ciddi addımlar atır. Yaxşı olar ki, milləti parçalamaq istəyən,məzhəb davası salmaq istəyən qrupları da bir araşdırsın və bu dövlətçiliyə qarşı cinayət olduğuna görə də həmin şəxsləri tapıb cinayət məsuliyyətinə cəlb eləsin.
Digər Xəbərlər
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

