adalet.az header logo
  • Bakı -°C
02 Mart 2023 10:21
426
HADİSƏ
A- A+

Hacı Şahin ötən gün müayinəyə gedibmiş - TƏBİB-dən AÇIQLAMA

1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.