Hakan Çalhanoğlu klubunu dəyişir
İtaliya A Seriyasında çıxış edən "Yuventus" klubunun Hakan Çalhanoğlu ilə maraqlandığı iddia olunur.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin "İnter"lə müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Tərəflər hazırda sözləşmənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparmırlar.
Əgər Hakan Çalhanoğlu ilə "İnter" arasında yeni müqavilə barədə razılıq əldə olunmasa, "Yuventus"un türkiyəli futbolçunun transferi üçün addım atacağı gözlənilir.
2017-ci ildən İtaliyada çıxış edən Hakan Çalhanoğlu əvvəlcə "Milan"ın formasını geyinib. Futbolçu 2021-ci ildən "İnter"də oynayır. O, Milan təmsilçisi ilə iki dəfə A Seriyasının, üç dəfə İtaliya Kubokunun və üç dəfə Superkubokun qalibi olub.
Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində 4 qarşılaşmada meydana çıxaraq 2 qol vurub. Hazırda türkiyəli yarımmüdafiəçi zədə səbəbindən müalicə olunur.
Digər Xəbərlər
28 Oktyabr 2026 18:00
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzdu
28 Oktyabr 2026 12:40
Yamalın atası hava limanında qalmaqal yaratdı
28 Oktyabr 2026 09:47
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında "Dinamo" ilə qarşılaşacaq
28 Oktyabr 2026 09:31


Bakı -°C

