Hamilələrin diqqətinə: Pəhrizinizə görə övladınızın xərçəng olma riski var

Anaları hamiləlik zamanı az protein qəbul edən uşaqlarda prostat xərçəngi riski daha yüksəkdir.
Bu barədə Braziliyanın San-Paulo Dövlət Universitetinin (UNESP) alimləri xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, tədqiqatlar iki istiqamətdə aparılıb.
Bioinformatikadan istifadə etməklə aparılan tədqiqatlar zamanı gen ekspressiyasında hormonal disbalans və yüksək prostat xərçəngi riski ilə əlaqəli ola biləcək dəyişikliklər müəyyən edilib.
Bundan başqa alimlər siçanlar üzərində təcrübə aparıblar. Məlum olub ki, hamiləlik və laktasiya dövründə məhdud zülallı pəhrizlə nəslin prostat xərçəngi riskinin artması arasında əlaqə var.
Hər iki halda araşdırmalar göstərir ki, erkən inkişaf zamanı zəif proteinli pəhriz nəslin sağlamlığına və xəstəliklərin trayektoriyasına təsir göstərir.
Tədqiqat San-Paulo Araşdırma Vəqfi (FAPESP) tərəfindən dəstəklənib.
Digər Xəbərlər

Türkiyə bu xəstəliyin müalicəsi üçün dərman hazırlayacaq

Meteohəssas insanların nəzərinə!

Niyə həmişə eyni mahnıya qulaq asırıq? – Psixoloqlar səbəbini izah edir

Uşaqların qidalanmasına fikir verin! - ÇAĞIRIŞ

“Uşaqlarınızın üstünə düşün, müalicə etdirin” – Psixoloqdan çağırış

Uşaqlarda immunitet zəifliyinin təhlükəli əlamətləri

Uşaqların immunitetini gücləndirən qida qaydaları
