Hamiləlik dövründə həftədə ən azı 150 dəqiqə sürətli yeriş edilməlidir - Fizioterapevt
“Fiziki aktivlik hamiləlik və zahılıq dövründə qadın və onun uşağı üçün çox faydalıdır”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.
Onun sözlərinə görə, sağlam qadın hamiləlik dövründə həftədə ən azı 150 dəqiqə sürətli yeriş kimi fiziki aktivliklə məşğul olmalıdır:
“Bunu təbii ki, bir dəfəyə deyil, həkimin nəzarəti ilə həftədə 3 dəfə 10-15 dəqiqədən başlayaraq gündəlik 30-45 dəqiqəyə qədər artırmaqla etmək olar.
Fiziki aktivlik, vaxtından əvvəl doğuş və düşük ehtimalını azaldır. Lakin hamilə qadında vaxtından əvvəl doğuş, cift gəlişi, uşaqlıq boynunun zəifliyi, yüksək qan təzyiqi, qanaxma olarsa, ehtiyatlı olmalı, mütləq həkimdən məsləhət almalıdır. Fiziki aktivlik zamanı bədəninizin istilik durumunun çox artmamasına diqqət yetirmək lazımdır. Kifayət qədər maye qəbul edin və isti havada fiziki aktivlikdən çəkinin”.
Fizioterapevt sonda qeyd edib ki, fiziki aktivliklə yanaşı hamilə xanımlar qidalanmalarına da xüsusi diqqət yetirməlidirlər.
Digər Xəbərlər
28 Sentyabr 2026 18:18
Heyvan dişləyibsə dərhal nə etməli? – Səhiyyə Nazirliyindən Sağlam radioda vacib xəbərdarlıq
28 Sentyabr 2026 11:44
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
28 Sentyabr 2026 09:36
Bu içki qaraciyəri qoruyurmuş
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00
Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
26 Sentyabr 2026 16:30
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
26 Sentyabr 2026 14:14


Bakı -°C

