Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
Oreqon Sağlamlıq və Elm Universitetinin tədqiqatçıları ABŞ-ın müxtəlif bölgələrindən toplanan məlumatlarda gözlənilən ömür uzunluğunu yuxu müddəti, fiziki fəaliyyət, qidalanma və müxtəlif sosial-iqtisadi faktorlarla müqayisə ediblər. Nəticələrdə gecə 7 saatdan az yatmağın daha aşağı ömür gözləntisi ilə əlaqəsi qidalanma və fiziki hərəkətsizlik kimi bir çox amildən daha güclü çıxıb.
Adalet.az xəbər verir ki, tədqiqatda gecə 7 saatdan az yatanlar "qeyri-kafi yuxu alan" qrupda qiymətləndirilib. Təhsil səviyyəsi, iş durumu və fiziki hərəkətsizlik kimi ömür uzunluğuna təsir edə biləcək dəyişənlər nəzərə alındıqda belə, qeyri-kafi yuxu ilə daha qısa ömür gözləntisi arasındakı əlaqə davam edib.
İlk təhlil modelində ömür gözləntisi ilə yuxudan daha güclü əlaqə göstərən tək amil siqaret çəkmə vərdişi olub. Piylənmə və diabetin də nəzərə alındığı başqa bir modeldə isə piylənmə də qeyri-kafi yuxunun önünə keçib. Buna baxmayaraq yuxu, uzun ömürlə əlaqəli vacib göstəricilərdən biri olmağa davam edib. Tədqiqatçılar böyüklərin bacardıqca gecədə 7 ilə 9 saat yatmasını tövsiyə edirlər. Kifayət qədər yuxu immun sistemi, beyin funksiyaları və metabolizm daxil olmaqla bədəndəki bir çox sistemin sağlam işləməsində rol oynayır.
Tədqiqatın diqqət çəkən tərəflərindən biri yuxunun çox vaxt qidalanma və məşqin arxa plana atılan bir həyat tərzi olmasına baxmayaraq, gözlənilən ömür uzunluğu ilə güclü bir əlaqə göstərməsi oldu. Bu səbəbdən tədqiqatçılar yuxuya qidalanma və fiziki fəaliyyət qədər əhəmiyyət verilməli olduğunu qeyd edirlər.
Bununla birlikdə, araşdırma müşahidə məlumatlarına əsaslanır. Bu səbəbdən daha uzun yatmağın birbaşa olaraq daha uzun yaşamağa səbəb olduğunu sübut etmir; sadəcə kifayət qədər yuxu ilə daha yüksək ömür gözləntisi arasında güclü bir əlaqə olduğunu göstərir./Milli.az
Digər Xəbərlər
26 Sentyabr 2026 21:00
Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
26 Sentyabr 2026 16:30
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
26 Sentyabr 2026 14:14
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
25 Sentyabr 2026 18:00
Bir çox xəstəliyinizin dərmanıdır
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37


Bakı -°C

